REGİONLAR
Qəbələ şəhərinin daxili yollarına asfalt örtüyü çəkilir
Qəbələ, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Hazırda şəhərin “Pastar” məhəlləsində daxili yollara yeni asfalt örtüyü çəkilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, hazırda məhəllədəki Məmməd Məmmədov, Güləhməd Qarayev, Ərzuman Hüseynov, Cəfər Cabbarlı, Mirzə Şəfi Vazeh və Cəlil Məmmədquluzadə küçələrində ümumi uzunluğu 4343 poqonmetr olan yolların asfaltlaşdırılması işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]