REGİONLAR


Qəbələ turistlərin sevimli istirahət məkanlarından biridir

Qəbələ, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonu coğrafi quruluşu və müasir turizm infrastrukturuna görə isti yay fəsli ilə yanaşı, soyuq qış aylarında da turistləri özünə cəlb edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tətilində rayonun turizm məkanlarına üz tutan yerli və xarici turistlər qarlı dağlarda motorlu xizəklərlə, kanatla gəzmək və buz üstündə xizəklə sürüşmək kimi arzularını Qəbələdə gerçəkləşdiriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, son günlər rayonda əsl bayram ab-havası yaşanıb. Bütün otellərdə, istirahət və əyləncə mərkəzlərində turistlərə xüsusi hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub. Qonaqların istirahətinin şən və mənalı təşkili üçün otellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək səviyyədə şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib.

Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Qəbələyə üz tutan yerli və xarici turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, dağlıq ərazilərdə yerləşən kəndlərin mənzərəli guşələrinə də səyahət ediblər.

Bayram günlərində rayonda dincəlməyə üstünlük verən xarici turistlər arasında MDB, Avropa və ərəb ölkələrindən olanlar da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.