İDMAN


“Qəbələ” türkiyəli məşqçi ilə yollarını ayırıb

Bakı, 22 sentyabr, AZƏRTAC

“Qəbələ” Futbol Akademiyası baş məşqçisi Halim Fıçıcı ilə yollarını ayırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb. Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir.

Seleksiya prosesinə rəhbərlik edən H.Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində mühüm rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb. Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiyanın çalışdırıcıları yer alıb.

“Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara H.Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiyanın komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komanda 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edən komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.