İDMAN


“Qəbələ” ukraynalı yarımmüdafiəçini transfer edib

Bakı, 10 avqust, AZƏRTAC

Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.

Ukraynalı yarımmüdafiəçi Andrey Strijak 2022-2023-cü illər mövsümündə komandanın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.