Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qəbələ və İsmayıllı rayonlarında 22 nəfər işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib VİDEO

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.

Bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb. Sərəncamın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ilin aprel 1-dək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır.

Müsbət dəyərləndirilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir.

O cümlədən, Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompüter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir.

Qəbələ rayon sakini, özünüməşğulluq proqramının iştirakçısı olan Nadir Muştaqov 2016-cı ilin aprel 1-dək Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alındığını, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciətinin müsbət qəbul edildiyini bildirib: “İlk növbədə ailəmiz adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, bizim məşğulluğumuzun təmin olunması, ailə təsərrüfatımızın qurulması üçün belə bir əlverişli imkan yaradılıb. Bizə verilən mal və materiallardan düzgün və məqsədyönlü şəkildə istifadə edərək, təsərrüfatımızı daim genişləndirməyə, gəlirlərimizi artırmağa çalışacağıq. Bunun üçün təlim kurslarında da lazımi biliklər əldə etmişik”.

Digər iştirakçı Tehran Rüstəmov çoxdandır ki, öz ailə təsərrüfatını qurmaq arzusunda olduğunu, lakin maddi imkanı olmadığından bunu edə bilmədiyini qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin bizlərə diqqət və qayğısı nəticəsində mənim bu arzum reallaşdı. İndi öz ailə təsərrüfatımız var və buna çox sevinirik. Yeni qurduğumuz bu təsərrüfatı ildən-ilə inkişaf etdirməyi, özümüzə gəlirli bir biznes qurmağı qarşımıza məqsəd qoymuşuq və bu məqsədə də çatacağıq”.

Özünüməşğulluq proqramı çərçivəsində təqdim olunmuş aktivlər hesabına Qəbələ şəhər sakini Abuzər Abdullayevin, rayonun Çuxur Qəbələ kənd sakini Amil Kərimovun, Vəndam qəsəbəsi sakini Elman Niftəliyevin yeni yaradılmış ailə təsərrüfatlarına baxış olub. Baxış zamanı həmin insanların onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə etdikləri, onlarda təsərrüfatlarını ciddi şəkildə idarə etmək, qoruyaraq inkişaf etdirmək əzmi müşahidə edilib.

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə bu rayonun Talıstan kənd sakini Züleyxa Xəlilovanın, Lahıc qəsəbəsi sakinləri Hafiz Mirzəyevin və Mehdi Mahmudovun özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər hesabına yaratdıqları ailə təsərrüfatlarına baxış olub. Onlar ailə bizneslərinin qurulması üçün göstərilən böyük dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlər hesabına misgərlik üzrə özünüməşğulluq fəaliyyətini quran H.Mirzəyev bildirib ki, özünüməşğulluq proqramı təkcə onlara özünüməşğulluq imkanları yaratmır, həm də ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, qədim xalq sənəti növlərinin inkişafına da dəstək olur: “Əsrlər boyu misgərlik məşhur xalq sənəti növlərindən biri olub və bu gün çox qürur duyuram ki, sevdiyim bu sənət növündə işləmək, istehsalla məşğul olmaq üçün mənə belə bir imkan yaradılıb. Bu böyük dəstəyə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm”.

İştirakçılara bildirilib ki, onlara aktivlərin verilməsi ilə yanaşı, öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu ailə biznesi qura bilmələri üçün mütəmadi olaraq lazımi məsləhətlər, tövsiyələr də veriləcək.

Özünüməşğulluq proqramı 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.

Qəbələ və İsmayıllı rayonlarında 22 nəfər işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir