CƏMİYYƏT


Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

Bakı, 1 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzləri inşa etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər biri 50 çarpayılıq mərkəzlərdə il ərzində 1800-ə yaxın sağlamlıq imkanları məhdud uşaq səmərəli fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək. Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzlərinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son iki ildə və cari ilin ilk rübündə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulmuş şəkildə istifadəyə verilib. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 30 minə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.