İDMAN


“Qəbələ” yetirməsi Samir Qurbanovu icarəyə verib

Bakı, 2 dekabr, AZƏRTAC

“Qəbələ” futbol klubu yetirməsi Samir Qurbanovu icarəyə verib.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Birinci Divizionda davam etdirəcək. Belə ki, “Kəpəz” futbolçunu icarəyə götürüb. O, cari mövsümün sonunadək Gəncə klubunun formasını geyinəcək.

Xatırladaq ki, futbolçu keçən il Çexiyanın “Viktoriya Jijkov” klubuna keçsə də, orda çox qalmayıb. Bu il ölkəyə qayıdan U-19 yığmamızın üzvünün adı cari mövsüm “Qəbələ”nin iştirak ərizəsində olsa da, debüt etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.