REGİONLAR


Qəbələdə 19,6 min hektarda payızlıq dənlilərin əkini proqnozlaşdırılır

Qəbələ, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 1550 hektarı arpa, 2400 hektarı buğda olmaqla 3950 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 19 min 600 hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dənlilərin əkiləcəyi ərazilərdə şum artıq başa çatdırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Hazırda əkin sahələrində 34 ədəd şum traktoru, 12 taxılsəpən aqreqat və digər texnikalar işləyir.

Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 66 min 824 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.