REGİONLAR
Qəbələdə 20 min 160 hektar sahəyə taxıl səpilib
Qəbələ, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında payızlıq dənlilərin səpini başa çatıb. Kampaniya dövründə fermerlər 20 min 160 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 15 min 560 hektarını buğda, 4 min 600 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 60 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]