CƏMİYYƏT


Qəbələdə 35 yaşlı qadın itkin düşüb

Bakı, 1 iyul, AZƏRTAC

Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Qadını görənlərdən və ya barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.