REGİONLAR


Qəbələdə 6 subartezian quyusu qazılıb

Qəbələ, 16 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunda 6 subartezian quyusu qazılıb.

AZƏRTAC xəbər verir ki, rayonda əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. Qəbələ Su-Kanal İdarəsi tərəfindən “Qaraçay” və “Duruca” su mənbələrində yerləşən anbarların lil və qumdan təmizlənməsi işləri başa çatdırılıb. Şəhərin Nizami Gəncəvi, Heydər Əliyev, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, İsmayıl bəy Qutqaşınlı küçələrindəki su və kanalizasiya xətlərində təmir-bərpa işləri aparılıb, axıntıların qarşısı alınıb.

Hazırda Qəbələ şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir, küçələrdə borular çəkilir, sayğaclar quraşdırılır, çirkab suları üçün nəzərdə tutulan təmizləyici qurğu inşa edilir.

“Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qəbələ şəhərində, Vəndam qəsəbəsində, Zirik, Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində 6 ədəd subartezian quyusu qazılıb. Hazırda Mıxlıqovaq kəndində daha bir ədəd subartezian quyusunun qazılması işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.