REGİONLAR


Qəbələdə 74 mindən çox sakin tibbi müayinədən keçəcək

Qəbələ, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, altıncı ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası da məhz belə tədbirlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 12-dən başlanan tibbi müayinələr Qəbələ rayonunda da mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib edilib. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur.

Tibbi müayinələrin keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, eləcə də qəsəbə və kənd tibb məntəqələrində hər cür şərait yaradılıb. Müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. İlk növbədə, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər müayinə olunurlar. Martın 1-dən qəsəbə və kəndlərdə yaşayan əhali də tibbi müayinələrə cəlb ediləcəklər.

Rayon icra hakimiyyətində yaradılan komissiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aksiyanın ilk yeddi günündə 3250 nəfər tibbi müayinədən keçib. Müayinə olunanların 187 nəfəri ambulator, 15 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 11 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 9 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.

Müayinədən keçən Qəbələ sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.