CƏMİYYƏT


Qəbələdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda görüş keçirilib

Bakı, 16 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının iştirakı ilə iyulun 16-da Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda görüş keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “İdarə və təşkilatlarda fövqəladə hallara hazırlığın təşkili”, “Meşələrdə yanğın təhlükəsizliyi qaydaları”, “112 - zəng xidmətindən düzgün istifadə qaydaları” və sair mövzularda məruzələr dinlənilib. Həmçinin ilkin yanğınsöndürmə avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.