REGİONLAR


Qəbələdə Gənclər Gününə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb

Qəbələ, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərdən ibarət komandalar arasında keçirilən intellektual yarışın qalibləri müəyyənləşib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyinin və Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 komandanın tərkibində 54 gənc iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov məlumat verib.

Bildirilib ki, intellektual yarışın yekun nəticələrinə əsasən, “Polad” komandası birinci yerə layiq görülüb. “Araz” və “Təbriz” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.