REGİONLAR


Qəbələdə “Karyera və iş yarmarkası” keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

Mayın 4-də Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə burada fəaliyyət göstərən turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq. Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələri və iş axtaran gənclər üçün açıqdır.

Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək. “Karyera və iş yarmarkası” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, KOBİA və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.