REGİONLAR


Qəbələdə Vətən müharibəsi şəhidi Mikayıl Əhmədovun xatirəsi anılıb

Qəbələ, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 24-ü torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin - Qəbələ rayonunun Savalan kəndindən olan Mikayıl Əhmədovun doğum günüdür.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Mikayıl Əhmədovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Mikayılın keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.