REGİONLAR


Qəbələdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qəbələ, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Qəbələ rayonunun igid oğulları Qoşqar Üzeyirov və Taleh Şirinovun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman oğulların şəhidlik zirvəsinə yüksəlmələrinin bir illiyi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri onların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, döyüşlərdə göstərdikləri igidliklərə görə şəhid Qoşqar Üzeyirov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, şəhid Taleh Şirinov isə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.