REGİONLAR


Qəbələdə Vətən müharibəsinin qaziləri diqqət və qayğı ilə əhatə olunublar

Qəbələ, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsi döyüşləri zamanı yaralanan qəbələli qazilərə diqqət göstərmək, onların problemləri ilə maraqlanmaq rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, onlarla həmsöhbət olur, ailələrin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırırlar. Son günlər rayon rəsmiləri tərəfindən Vətən müharibəsi qazilərindən Qəbələ şəhərindən Səmədov Elçin Elxan oğlu, rayonun Vəndam qəsəbəsindən Bağıyev Elçin Nəriman oğlu, Böyük Pirəli kəndindən Ömərli İlkin Mehman oğlu, Bılıx kəndindən Şamilov Aqil Famil oğlu, Seyidqışlaq kəndindən Cəmilli Azad Salam oğlu, Yemişanlı kəndindən Eyvazov Səyyad Eynulla oğlu, Allahverdiyev Seymur İmran oğlu və başqaları evlərində ziyarət olunublar. Ümumiyyətlə, indiyədək rayonun rəhbər şəxsləri tərəfindən 25 nəfərədək müharibə qazisinə baş çəkilib, onların ehtiyacları öyrənilib, diqqət və qayğı göstərilib.

Görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.

Qazilərlə belə görüşlər mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.