Qəbələdə Vətən müharibəsinin qaziləri evlərində ziyarət olunub
AzerTAg.az
Qəbələ, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
İkinci Qarabağ müharibəsi döyüşləri zamanı yaralanan qəbələli qazilər evlərində ziyarət olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətinin rəsmiləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanan hərbçilərin və ailələrinin problemləri ilə maraqlanıb, onlara ərzaq yardımları çatdırıblar.
Görüşlərdə bildirilib ki, torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında misli görülməmiş bir uğura imza atıb, 30 ildir işğal altında olan Qarabağ torpağı mənfur düşməndən birdəfəlik təmizlənib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir.



Xəbərin mətnində orfoqrafik səhv var