REGİONLAR
Qəbələdə barama istehsalı iki dəfədən çox artırılacaq
Qəbələ, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının ötən illə müqayisədə iki dəfədən çox artırılaraq 20 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün 102 kümçü ilə müqavilə bağlanılıb, onlara 500 qutu və ya 9,5 kiloqram ipəkqurdu paylanılıb. İki gündür ki, istehsalçılardan barama qəbuluna başlanılıb. Qəbələli kümçülər ilk günlər qəbul məntəqəsinə 314 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, ötən il rayonun kümçüləri 236 qutu ipəkqurdundan 9,1 ton yaş barama əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]
Salyanda minik avtomobilləri toqquşub, yaralılar var
- 19.04.2024 [08:53]
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- 19.04.2024 [07:49]