CƏMİYYƏT


Qəbələdə baş vermiş qəza nəticəsində iki nəfər ölüb, beş nəfər isə xəsarət alıb

Bakı, 16 may, AZƏRTAC

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 14-də saat 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin sürdüyü “Opel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölüb, xəsarət almış digər sürücü və dörd sərnişini xəstəxanaya yerləşdirilibər.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.