REGİONLAR


Qəbələdə bu günədək 18 min hektardan çox taxıl səpilib

Qəbələ, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 18 min 700 hektara arpa və buğda səpiblər. Rayonda gələn ilin məhsulu üçün 20 min 100 hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov məlumat verib.

Qurumdan bildiriblər ki, payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 500 hektar sahədə şum aparılıb. Hazırda sahələrdə 20 ədəd şum traktoru, 12 ədəd taxılsəpən aqreqat və digər texnikalar işləyir. Fermerlər payız səpinini bir həftə müddətində başa çatdırmağı planlaşdırırlar.

Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.