CƏMİYYƏT


Qəbələdə dağlıq-meşəlik ərazidə azan 3 nəfər xilas edilib

Bakı, 28 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 nəfərin yolu azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZƏRTAC nazirliyə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.