REGİONLAR


Qəbələdə əsas kapitala yönəldilən investisiyanın həcmi 2,3 dəfə artıb

Qəbələ, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 74 milyon 929,5 min manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. İnvestisiyaların 74 milyon 443,5 min manatı və ya 99,3 faizi tikinti işlərinə sərf edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, əsas kapitala yönəldilən investisiyaların 71 milyon 74,7 min manatı və ya 94,8 faizi dövlət, 3 milyon 854,8 min manatı və ya 5,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Doqquz ayda rayonda vətəndaşlar tərəfindən ümumi sahəsi 5 min 870 kvadratmetr, dəyəri 8 milyon 640 min manat olan 55 fərdi yaşayış evi inşa edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.