REGİONLAR


Qəbələdə ət kəsiminə və satışına nəzarət gücləndirilir

Qəbələ, 5 mart (AZƏRTAC). Qəbələ rayonunda ət kəsimi və satışı ilə məşğul olan məntəqələrə baxış keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsi, baytarlıq idarəsi, gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri inzibati ərazilərdə ət kəsimi və satışını həyata keçirən məntəqələrdəki vəziyyətlə maraqlanmışlar.

Reyd zamanı ət kəsimi və satışı ilə məşğul olan vətəndaşlara müvafiq izahatlar verilmişdir. Bildirilmişdir ki, yalnız rayon baytarlıq idarəsində qeydiyyata alınan və sanitariya-gigiyena normalarına əməl edən məntəqələrin fəaliyyətinə icazə veriləcəkdir. Bu istiqamətdə ət kəsimi və satışı məntəqələrinin fəaliyyətinə mütəmadi baxış keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.