REGİONLAR


Qəbələdə fortepiano musiqisi axşamı VİDEO

Qəbələ, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 30-da startı verilən X Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü, avqustun 7-də axşam saatlarında musiqisevərlərə fortepiano musiqisi axşamı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Azərbaycanın tanınmış gənc pianoçuları çıxış ediblər.

Konsertdə S.Raxmaninovun, S.Prokofyevin, F.Listin və M.Ravelin əsərləri səsləndirilib.

Tamaşaçılar beynəlxalq müsabiqələr laureatı Əli Məmmədovun, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüləri, 2016-cı ildə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən Pianoçuların IV Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülən Vurğun Vəkilovun və Nərmin Nəcəflinin ifalarını alqışlarla qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.