REGİONLAR


Qəbələdə general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş minifutbol turniri başa çatıb

Qəbələ, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Olimpiya İdman Kompleksində ötən ilin iyulunda Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş minifutbol üzrə turnirə yekun vurulub.

Qəbələ rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd Tovuz döyüşləri zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda, yarış iştirakçılarının ustalıqlarının artmasını təmin etməkdən ibarət olub.

Turnirin rəsmi açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş general-mayor Polad Həşimovun döyüş yolundan söz açıb, şəhidlərimizin öz şücaətləri ilə xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdığını bildirib.

Yarışın yekun nəticələrinə əsasən, Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerləri şəhər 1 nömrəli tam orta məktəbin və həvəskar futbolçulardan ibarət komandalar tutublar.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.