REGİONLAR


Qəbələdə heyvandarlıq məhsulları istehsalı artıb

Qəbələ, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Heyvandarlıq Qəbələ rayonunun kənd təsərrüfatında aparıcı sahələrdəndir. Son illər heyvandarlar süni mayalandırma yolu ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Belə ki, 2020-ci ilin 9 ayında rayonun şəxsi və fermer təsərrüfatlarında 6283 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 3549 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Buzovların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 246 baş artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsindən məlumat verilib.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərir. Belə ki, 9 ayda rayonda 31 min 958,8 ton süd istehsal olunub. Süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 468,8 ton artıb. Bu müddət ərzində təsərrüfatlarda diri çəkidə 3 min 474,6 ton ət, 17 milyon 223 min ədəd yumurta, 413 ton yun istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.