REGİONLAR


Qəbələdə indiyədək 1237 hektarda yazlıq bitkilər əkilib

Qəbələ, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1237 hektar sahədə yazlıq bitkilər əkiblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 110 hektar sahədə kartof, 114 hektarda tərəvəz bitkiləri, 341 hektarda vələmir, 42 hektarda şəkər çuğunduru əkib, 227 hektara yonca toxumu səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 183 hektar sahəyə qarğıdalı əkilib.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.