REGİONLAR


Qəbələdə indiyədək 17,6 min hektardan çox sahədə payızlıq səpin aparılıb

Qəbələdə indiyədək 17,6 min hektardan çox sahədə payızlıq səpin aparılıb

Qəbələ, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 12 min 500 hektarı buğda, 5150 hektarı dən üçün arpa olmaqla, 17 min 650 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 19,5 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu günədək səpin proqnozuna 91 faizdən çox əməl olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirib ki, indiyədək sahələrə 2556 ton sertifikatlaşmış toxum səpilib. Səpin aparılmış sahələrə 721 ton amofos, 155 ton nitroamofos gübrəsi verilib, 73 hektarda suvarma aparılıb.

Xatırladaq ki, builki mövsümdə rayonda 19 min 502 hektar sahənin məhsulu biçilib, 65 min 332 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 33,5 sentner təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.