REGİONLAR


Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub VİDEO

Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə S.Raxmaninovun “Fortepiano və violonçel üçün sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo, R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano və viola üçün Sonata” əsərləri səsləndirilib.

Kamera musiqisi axşamında festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin avstriyalı viola ifaçısı Nora Romanov-Şvartsberq və Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Adıgözəlzadə çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Kubadan gəlmiş “Jovenes Clasicos Del Son” ansamblının konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.