CƏMİYYƏT
Qəbələdə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələniblər
Bakı, 17 noyabr, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Kiçik Əmili və Tikanlı kəndlərində, eləcə də Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də ümumilikdə 3 toyda 38 nəfərin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy mərasimlərinin təşkilatçıları Teymur Zəkəryəyev, Zaur Yusifov və Eduart Xanayev barəsində protokollar tərtib olunub və onlar cərimələniblər.