İDMAN


Qəbələdə karate üzrə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir

Bakı, 8 yanvar, AZƏRTAC

Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb. Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşqləri yanvarın 21-də başa çatacaq.

Karateçilərimiz ayın 23-də Fransaya, Karate1 Premyer Liqasına yola düşəcəklər. İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.