REGİONLAR


Qəbələdə keçirilən futbol çempionatı başa çatıb

Qəbələ, 19 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş idarə, müəssisə və təşkilatlar, bələdiyyələr arasında keçirilən “Qəbələ Rayon İcra Hakimiyyətinin Kuboku uğrunda” futbol üzrə rayon çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, çempionatın keçirilməsində məqsəd futbolun kütləviliyinə nail olmaq, rayon gəncləri arasında bu idman növünün təbliği və yayılması, futbolçuların idman ustalıqlarının artırılması, rayonda perspektivli futbolçuların aşkar edilməsindən ibarət olub.

Sentyabrın 20-də startı verilən çempionatda 10 komanda iştirak edib. Yüzlərlə futbol azarkeşinin izlədiyi final oyununda Qəbələ Diaqnostika Mərkəzinin “Diaqnostika” komandası Qəbələ Beynəlxalq Hava Limanının “Aeroport” komandası qarşılaşıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Diaqnostika” komandası “Aeroport” komandasına qalib gələrək I yeri tutub.

Sonda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qalib komandanın üzvlərini təbrik edib, onlara kubok, xatirə hədiyyələri və diplomlar təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.