REGİONLAR


Qəbələdə keçirilən toy mərasimində karantin qaydaları pozulub

Qəbələ, 24 sentyabr, AZƏRTAC

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15 nəfərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.