REGİONLAR


Qəbələdə kross qaçışı və gimnastika üzrə yarışda 80 gənc mübarizə aparıb

Qəbələ, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC

Martın 29-da Qəbələ Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh!” devizi altında idmanın kross və gimnastika növləri üzrə rayon yarışı keçirilib. Daxili İşlər, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun qəsəbə və kəndlərindən 80 nəfər iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmətə təşviq edilməsi və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarətdir.

Yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Qəbələ Rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Pünhan Məhəmmədov çıxış edərək, idmançılara uğurlar arzulayıblar.

Üç min metr məsafəyə kross qaçışı və turnikdə dartınma növləri üzrə keçirilən yarışın yekununda qalib gələn idmançılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.