CƏMİYYƏT


Qəbələdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan xidmət sahəsi və təsərrüfatlara baxış olub

Bakı, 12 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış avtoservis-xidmət sahəsi və iki heyvandarlıq təsərrüfatı ilə tanış olublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir proqram iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox insanı əhatə etdiyini, biznes-planlarını uğurla müdafiə edən 7267 nəfərin keçən il proqramın iştirakçısı olduğunu deyib. O, gələcəkdə də proqramın əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bildirib.

S.Babayev qeyd edib ki, vətəndaşların proqrama cəlb edilməsi işlərində daha həssas əhali qruplarına - əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailə üzvlərinə və başqa imtiyazlılara üstünlük verilir. Qəbələ rayonunda baxış keçirilən özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlardan birinin sahibi şəhid ailəsi olub.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesini qurmuş insanlar aztəminatlı ailələrin sahibkarlığa çıxışına şərait yaradıldığına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən il Qəbələ rayonunda 93 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.