CƏMİYYƏT


Qəbələdə qanunsuz yolla əldə edilmiş fıstıqcinsli meşə materialı aşkarlanıb

Bakı, 16 iyul, AZƏRTAC

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının regionlarda reydləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində dövlət nömrə nişanı olmayan “URAL” markalı avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 kubmetr həcmində yaş fıstıqcinsli meşə materialı aşkar edilib.

Hazırda sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.