REGİONLAR


Qəbələdə şəhid Rəşid Nəsrullayevin xatirəsi anılıb

Qəbələ, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Nic qəsəbəsindən olan Rəşid Nəsrullayevdir.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar icra hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbər işçiləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Rəşid Nəsrullayevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Rəşidin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından, Vətənini sevən cəsur şəxsiyyət kimi yetişməsindən söz açılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.