REGİONLAR


Qəbələdə şəhid hərbi həkim Aqşin Ənvərlinin barelyefi açılıb

Qəbələ, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 18-də Qəbələ şəhərində Vətən müharibəsi şəhidi, hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanmış barelyefin açılışı olub. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə çıxış edənlər şəhid Aqşin Ənvərlinin həyat yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əbədi ehtirama layiq olduqlarını vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində hərbi həkim ixtisası üzrə ali təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrin hərbi həkimi, baş leytenant Aqşin Ənvərli Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Aqşin Ənvərli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qəbələ şəhərindəki küçələrdən birinə şəhidin adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.