REGİONLAR


Qəbələdə şəhid valideynlərinin müraciətləri dinlənilib

Qəbələ, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Qəbələ rayonunda hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri mütəmadi olaraq şəhid ailələrinin üzvləri ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanırlar.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev sentyabrın 30-da bir qrup Vətən müharibəsi şəhidinin valideyni ilə görüşüb. Görüşdə şəhid valideynlərinin müraciətləri, qaldırdıqları məsələlər dinlənilib və onları narahat edən məsələlərin həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.