REGİONLAR


Qəbələdə sənaye məhsulu istehsalı 16,2 faiz artıb

Qəbələ, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 42 milyon 858,8 min manatlıq məhsul istehsal olunub. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz və ya 6 milyon 4,3 min manat artıb. İstehsal olunan sənaye məhsulunun 12,2 faizi dövlət, 87,8 faizi qeyri-dövlət sektorunun payına düşür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.

Doqquz ayda rayonda 4 milyon 377,7 min manatlıq sənaye məhsulu ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.