REGİONLAR


Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir

Qəbələ, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qəbələ rayonunda nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən mütəmadi olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə bir daha çatdırılır, tövsiyələr verilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son iki gündə rayonda 96 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 108 digər təyinatlı obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə Bakı və Sumqayıtdan olan 10 nəfər sakinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat, həmçinin 6 nəfər ictimai iaşə və bir nəfər yanacaqdoldurma məntəqəsinin işçisi 100 manat məbləğində cərimə olunub.

Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Son iki gündə 5 çoxmənzilli yaşayış binasının giriş və həyətlərində, həmçinin 3 gündəlik tələbat malları mağazasının giriş-çıxışı və ətrafında sanitar-təmizlik və dezinfeksiyaedici işlər aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.