CƏMİYYƏT


Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan və ev şəraitində müalicəyə cəlb olunan Kiçik Əmili kənd sakini A.Gəncimov sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. O, ictimai məkanda hərəkətdə olarkən saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.