Qəbələli fermerlər bu il 15 hektar sahədə tütün yetişdirəcəklər
AzerTAg.az
Qəbələ, 23 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Cari mövsümdə rayonda 15 hektarda tütün əkilməsi nəzərdə tutulur. İlk günlər rayonun Mamaylı, Şəfili, Zalam kəndlərinin ərazilərindəki təsərrüfatlarda 1,5 hektaradək sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, qəbələli fermerlər bu il 20 ton quru tütün istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Xatırladaq ki, ötən il rayonda 25 hektar sahədə tütün əkilib, 30 ton quru tütün istehsal olunub.

Xəbərin mətnində orfoqrafik səhv var