REGİONLAR


Qəbələli fermerlər indiyədək sahələrdən 853 ton yaşıl tütün tədarük ediblər

Qəbələ, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün yetişdirilib. Əkin sahələrinin 15 hektarına “Virciniya” növlü ətirli, 24 hektarına “Berley”, 36 hektarına isə yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütün dərimi yekunlaşmaq üzrədir. Fermerlər indiyədək əkin sahələrindən 853 ton tütün tədarük ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Mərkəzin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov bildirib ki, yığılan yaşıl kütlədən bu günədək 94 tona yaxın quru tütün istehsal olunub. Qurudulmuş tütünün 85,7 tonunu “Virciniya” növlü ətirli tütün təşkil edir. Bu növdən olan tütün qurudulmaq üçün Şəkinin emal məntəqəsinə göndərilir. Mövsüm ərzində tütünün əkilib becərilməsi və yığımına 120-dək yerli sakin cəlb edilib.

Qeyd edək ki, uzun fasilədən sonra Qəbələ rayonunda artıq üçüncü ildir ki, tütün yetişdirilir. Ötən il qəbələli fermerlər 70 hektar sahədən 100 tondan çox quru tütün əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.