REGİONLAR


Qəbələli gənclər Dövlət Bayrağı Gününü yürüşlə qeyd ediblər

Qəbələ, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə noyabrın 8-də Qəbələ şəhərində keçirilən Bayraq yürüşündə 500 nəfərədək yeniyetmə və gənc iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yürüşün əsas məqsədi milli atributlarımızın, xüsusilə üçrəngli bayrağımızın təbliği, gənclər arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin yüksəldilməsidir.

Ümummilli lider Heydər Əliyevin abidəsi önündən başlayan yürüş Şəhidlər xiyabanı kompleksinədək davam edib. Kompleksin önündə keçirilən tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Təhsil Şöbəsinin müdiri Arifə Bayramova, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Namiq Muradov, Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək, gənc nəslin Vətənə, dövlət atributlarımıza hörmət ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkiblər. Çıxış edənlər gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.