REGİONLAR
Qəbələli gənclər “Sağlamlıq” layihəsi çərçivəsində yoqa ilə məşğul olurlar
Qəbələ, 1 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib.
Nümayəndəliyin rəhbəri Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Sağlamlıq” layihəsi çərçivəsində gənclər üçün yoqa seansı təşkil edilib. Açıq hava şəraitində keçirilən seansda peşəkar yoqa təlimçisi Nuranə Rəcəbli gənclərə yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqlardan, nəfəs üsullarının vəhdətindən, hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarət olduğunu diqqətə çatdırıb.
Seans zamanı gənc yoqa həvəskarları müxtəlif bədən hərəkətləri ilə proqram-məşğələni yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]