REGİONLAR


Qəbələli gənclər Ulu Öndərin xatirəsini anıblar

Qəbələ, 9 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi önəm verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Qəbələ şəhərində keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masada səsləndirilib.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov Ümummilli Liderin gənclərə göstərdiyi qayğıdan, gənclərlə iş sahəsində aparılan dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, dahi rəhbərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dəyirmi masada YAP Qəbələ rayon təşkilatının aparat rəhbəri Elçin Tağıyev və şəhər 5 saylı tam orta məktəbin müəllimi Tahir Məsimov çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.