REGİONLAR


Qəbələli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar

Qəbələ, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına Qəbələ rayonunun gənc könüllüləri də fəal qoşularaq, vətəndaşlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayıblar.

Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmənin aparılması, cəmiyyətin sağlamlığının qorunması məqsədi daşıyır.

Sosial aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Mərkəzin direktorunun sözlərinə görə, belə tədbirlər davamlı olaraq həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.